Dek 14, 2019 22:08 Asia/Baku
  • Malayziya ABŞ-ın İrana qarşı qanunsuz sanksiyaları ilə müxalifət edib

Malayziyanın baş naziri ABŞ-ın İrana qarşı qanunsuz sanksiyalarının BMT nizamnaməsini və beynəlxalq qayda-qanunları aşkar şəkildə pozduğunu bildirib.

Beynəlxalq bir konfransda iştirak üçün Qətərin paytaxtı Doha şəhərində olan Malayziyanın baş naziri Mahatir Muhəmməd vurğulayıb ki, Malayziya Amerikanın İrana qarşı birtərəfli sanksiyalarının ardınca getməyəcək.

Malayziyanın baş naziri qeyd edib ki, BMT nizamnaməsinə əsasən, bir ölkəyə qarşı sanksiyalar sırf olaraq BMT tərəfindən tətbiq edilməlidir.

Amerikanın maliyyə nazirliyi bu ökənin qanunsuz hərəkətləri və zorakılıq siyasətlərinin davamında çərşənbə günü İrana və onun ticarət şəriklərinə qarşı yeni sanksiyalar tətbiq etdi.

Amerika 2018-ci ilin mayında qanunsuz şəkildə nüvə anlaşmasından çıxdıqdan sonra İrana qarşı maksimum təzyiq tətbiq etmək üçün hərtərəfli hərəkətə keçib, amma öz zorakı tələblərini qəbul etdirmək üzrə məqsədinə çata bilməyibdir.

 

 

Teqlər