Rusiya qərbi, Suriya hakimiyyətini zəiflətmək cəhdlərində ittiham edib
https://azeri.sahartv.ir/news/dünya-i354549-rusiya_qərbi_suriya_hakimiyyətini_zəiflətmək_cəhdlərində_ittiham_edib
Rusiyanın Xarici İşlər Nazirliyi bəzi qərb ölkələrini Suriya hakimiyyətini zəiflətmək cəhdlərində ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2019 07:57 Asia/Baku
  • Rusiya qərbi, Suriya hakimiyyətini zəiflətmək cəhdlərində ittiham edib
    Rusiya qərbi, Suriya hakimiyyətini zəiflətmək cəhdlərində ittiham edib

Rusiyanın Xarici İşlər Nazirliyi bəzi qərb ölkələrini Suriya hakimiyyətini zəiflətmək cəhdlərində ittiham edib.

İTAR TAS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, qərb ölkələri Suriyaya humanitar yardımların köçürülməsi mexanizmini bu ölkənin suverinliyini zəiflətmək üçün bir vasitəyə çevirməyi düşünürlər. 

Rusiya XİN öz bəyanatında bildirib: Qərb ölkələri Suriya xalqının zəruri ehtiyaclarını təmin etmək əvəzinə, beynəlxalq yardımların təhlükəsiz şəraitdə və sürətlə Suriyaya köçürülməsinin əleyhinə səs verdilər və bu hərəkət onların Suriyanın xalqı və qanuni dövləti ilə düşmənçilikləri və sadəcə öz siyasi mənafelərini güdmələrindən mənşə alır. 

Rusiya və Çin cümə günü BMT TŞ-nin iclasında Belçika, Almaniya və Küveytin Suriyaya sərhədaşırı humanitar yardımlar adı altında təqdim etdikləri müştərək qətnaməni veto etdilər.