Dek 25, 2019 18:54 Asia/Baku
  • Honkonq polisi Milad gecəsində aksiyaçılara hücum edib

Honkonqlu aksiyaçılar polis qüvvələrinin kobud münasibətlərinin kəskinləşməsi və bu qüvvələrin rezin güllələr və gözyaşardıcı qazlardan istifadə etməsi ilə bərabər Milad gecəsini qeyd ediblər.

Frans Pressin məlumatına görə, Honkonqda nisbi sakitliyə baxmayaraq, dekabrın 24-ü minlərlə etirazçı hökümət əleyhinə şüarlar verərək, Milad bayramını Bibər qazı və dəyənəklə qeyd edib.

Honkonq polisinin bildirdiyinə görə, aksiyaçılar ticarət mərkəzlərində barrikadalar qurmaqla mağazaları dağıtmağa və talan etməyə cəhd ediblər ki, polis qüvvələrinin müdaxiləsilə dağılıblar və bir neçəsi də saxlanılıb.

 Aksiyaçılar həmçinin Milad və yeni il gecəsində də hökümətə qarşı nümayişlərin davam etdirilməsinə çağırıblar.

Honkonqda gərginliklər beş ay öncədən və cinayətkarların bu bölgədən Çinə ekstradisiya edilməsi ilə bağlı layihəyə etiraz olaraq başlayıb amma ABŞ və Britaniya kimi ölkələr bu məsələdən sui-istifadə edərək, bu etirazları daha da alovlandırıblar.

Honkonq 1842-01997-ci illərdə İngiltərənin nəzarətində  olub amma 1997-ci ildə Çinə qaytarılıb.

Teqlər