Yan 23, 2020 09:23 Asia/Baku
  • Fransa xalqının 60%-dən çoxu pensiya sisteminə düzəliş layihəsinə qarşı çıxıb
    Fransa xalqının 60%-dən çoxu pensiya sisteminə düzəliş layihəsinə qarşı çıxıb

BFMTV telekanalında yayılan “Elab” statistika müəssisəsi tərəfindən aparılmış rəy sorğusunun nəticələri göstərir ki, fransalıların altmış bir faizi pensiya sisteminə düzəliş layihəsinə qarşıdır.

Bu rəy sorğusunun nəticələri həmçinin göstərir ki, Fransada pensiya sisteminə düzəliş layihəsi ilə müxalifətlər ötən ilin dekabr ayı ilə müqayisədə dörd faiz artıbdır.

Pensiya sisteminə düzəliş layihəsi yanvarın 24-də Fransa hökumətinin nazirlər şurasında Makronun sədrliyi altında araşdırılacaq.

Fransa prezidenti Emmanuel Makron bu ölkənin pensiya sistemini vahid formaya salmaq və bəzi peşələrdəki məziyyətləri ləğv etmək niyyətindədir.

Minlərlə fransız müəllim, idarə işçisi və fəhlə ötən milad ilinin dekabr ayında Makronun pensiya sistemini islah etmək üzrə layihəsinə qarşı çıxaraq, son onilliklərdə Fransada ən iri ümumi tətillərdən birinə başladı.

Fransa həmçinin bir ildən çoxdur ki, kapitalizm sisteminə qarşı çıxanların həftəlik aksiyaları ilə üzləşir.

 

 

Teqlər