Rusiyada 12 məhkəmədə bomba həyəcanı yaşanıb
-
Rusiyada 12 məhkəmədə bomba həyəcanı yaşanıb
Rusiyanın paytaxtında bomba qoyulmasına dair təhdid xarakterli ismarıcların alınmasının ardınca 12 məhkəmə binası təxliyə edilib.
Taas Xəbər Agentliyinə Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, təhlükəsizlik qüvvələri Moskvanın müxtəlif məntəqələrində bomba təhlükəsi ilə bağlı axtarış aparıblar.
Bu məlumata əsasən, Moskvada yerləşən məhkəmələrin birindən yüzə yaxın insan evakuasiya edilib.
Rusiyada bomba təhlükəsi ilə bağlı məlumatların daxil olması iki il əvvəldən başlayıb və bu ölkənin təhlükəsizlik qüvvələrinə ciddi bir problemə çevrilib.
Son həftələrdə Moskvada bomba təhdidi ilə bağlı bir neçə məlumat daxil olub və təhlükəsizlik qüvvələri hədələnən bütün obyektlərdə axtarış aparmaq məcburiyyətində qalıblar.
Rusiya mediaları 2019-cu il dekabrın 10-da 30-dan çox metrostansiyasında partlayıcı maddələrin quraşdırılmasına dair hədələrdən xəbər veribdir.