Fev 14, 2020 19:40 Asia/Baku
  • Münhen təhlükəsizlik konfransı başlanıb
    Münhen təhlükəsizlik konfransı başlanıb

56-cı Münhen təhlükəsizlik konfransı 35-ə yaxın dövlət başçısı və 100-ə yaxın xarici işlər nazirinin iştirakı ilə işə başlayıb.

"Təhlükəsizlik Davos"u kimi tanınan bu konfrans bu gündən etibarən fevralın 16-dək keçiriləcək. Konfrans iştirakçıları beynəlxalq təhlükəsizlik, həmçinin çoxvektorluluq və beynəlxalq olaylarda Qərbin rolu kimi məsələlər barədə danışacaqlar.

Əfqanıstanda Talibanla sülh və Fələstin-sionist rejim münaqişəsi barədə "əsrin sövdələşməsi" adlı amerikan plan Münhen təhlükəsizlik konfransının gündəmində duran digər mövzulardan elan olunubdur.

Qərbi Asiyada və Şimali Afrikada böhranların davam etməsi, "əsrin sövdələşməsi" planı ilə geniş müxalifət, həmçinin NATO üzvlərinin ixtilafları Münhen təhlükəsizlik konfransını təsir altına qoyubdur.

Teqlər