Sionistlər arasında koronaviruslu xəstələrin sayı artıb
Sionist rejimin səhiyyə nazirliyi işğal olunmuş Fələstində koronaviruslu xəstələrin sayının artmasından xəbər verib.
Sionist rejimin səhiyyə nazirliyi bir açıqlamada bildirib ki, işğal olunmuş Fələstində koronaviruslu xəstələrin sayı 298 nəfərə çatıb.
Bu nazirlik proqnoz edib ki, bir ay yarımdan sonra sionistlər hər gün 100 nəfərin bu virusa yoluxmasının şahidi olacaqlar.
Sionist rejimin baş naziri Benyamin Netanyahu da bu rejimin nazirlər kabinetinin işğal olunmuş Fələstində koronavirus pandemiyası ilə mübarizə istiqamətində fövqəladə tədbirlərin görülməsi ilə razılaşmasından xəbər verib.
Sionist rejim mediaları da COVID-19-la mübarizə tərzi barədə bu rejimin səhiyyə və maliyyə nazirlikləri arasında kəskin ixtilafın olmasından xəbər verirlər.
SİONİST KORONAVİRUSLU XƏSTƏLƏRİN SAYI ARTIB