COVID-19-un AB-a mənfi təsirləri haqda xəbərdarlıq
İtaliyanın baş naziri xəbərdarlıq edib ki, əgər Avropa Birliyi koronavirusla mübarizədə səhvə yol verərsə, öz varlıq fəlsəfəsini itirə bilər.
Cüzeppe Konte dünən «İl Sule 24» adlı italyan qəzetlə müsahibədə deyib: Əgər Avropa Birliyi koronavirusla mübarizədə bir tədbir görməzsə, öz vətəndaşları üçün viran olmuş bir iqtisadiyyat irs qalacaqdır.
Konte əlavə edib: Avropa Birliyi öz vətəndaşlarından bir çoxunun həyatını alan və böyük iqtisadi durğunluq yaradan bir böhranda yaşayır.
Ən son statistikalara görə, İtaliyada COVID-19 on min 23 nəfərin ölümünə bais olubdur.
Hazırda iki Avropa ölkəsi olan İtaliya və İspaniya COVID-19-a yoluxma nəticəsində ölənlərin sayı baxımından öndə gedirlər.
Frans-Press bildirir ki, koronavirusa yoluxma nəticəsində həyatını itirənlərin üçdə iki hissəsini avropalılar təşkil edirlər.
COVID-19-UN AVROPAYA MƏNFİ TƏSİRLƏRİ