Bir alman rəsmi intihar edib
Almaniyanın yüksək vəzifəli rəsmilərindən biri koronavirus pandemiyasının bu ölkədəki nəticələrindən nigaran olduğuna görə, intihar edib.
Almaniya Hessen əyalətinin maliyyə nazirinin müavini Tomas Şefer şənbə günü öz həyatına son qoyub.
Almaniya kansleri Angela Merkelin partiyasından olan bu alman rəsminin cəsədi Frankfurt şəhərinin yaxınlığındakı dəmiryolu relsini üzərində tapılıb.
Bu əyalətin polisi və prokuroru deyiblər ki, ipucları və şahidlərin sözləri göstərir ki, Şefer intihar edibdir.
Hessen qubernatoru vurğulayıb ki, Şeferin intiharı Almaniyadakı koronavirus pandemiyası ilə bağlıdır. O, deyib: Şefer bundan nigaran idi ki; «Görən, xalqın böyük gözləntilərini reallaşdırmaq sahəsində xüsusən maliyyə cəhətdən uğurun əldə olunması imkanı varmı?»
Son məlumata görə, Almaniyada koronavirusa yoluxanların sayı 62435 nəfərə çatıb. 541 nəfər də bu xəstəlikdən vəfat edibdir.
BİR ALMAN RƏSMİ İNTİHAR EDİB- COVID-19-A GÖRƏ