Apr 04, 2020 13:40 Asia/Baku
  • Avropa Birliyinin Quterreşin çağırışına reaksiyası

Avropa Birliyi koronavirus pandemiyası ilə mübarizəyə kömək kimi, bəzi ölkələrə, o sıradan Suriyaya, Liviyaya və Yəmənə qarşı sanksiyalarını azaldacaq.

Avropa Birliyinin xarisi işlər və təhlükəsizlik siyasəti üzrə məsul şəxsi Cozep Borrel aprelin 3-də üzv ölkələrin xarici işlər nazirləri ilə Brüsseldə keçirdiyi iclasdan sonra BMT-nin baş katibi Antonio Quterreşin koronavirus pandemiyasına görə, bəzi ölkələrə qarşı tətbiq olunmuş sanksiyaların azaldılmasına dair çağırışına reaksiya verib. Bildirib ki, sanksiyalar koronavirusla mübarizə üçün lazım olan tibb ləvazimatlarının göndərilməsini problemlə üzləşdirməməlidir.

Borrel üzv ölkələrin bu çağırışa dəstək verəcəklərinə ümid etdiyini deyib. Etiraf edib ki, Avropa, xüsusən döyüşlərin getdiyi Suriya, Liviya və Yəmən kimi ölkələrdə koronavirus pandemiyası təhlükəsinin şiddətlənməsində sanksiyaların rol oynaması qənaətindədir.

AB-DƏN QUTERREŞİN ÇAĞIRIŞINA REAKSİYA

 

 

Teqlər