AB sionist rejimə xəbərdarlıq edib
-
AB sionist rejimə xəbərdarlıq edib
Avropa Birliyi İordan çayının qərb sahilinin bəzi hissələrini işğal olunmuş ərazilərə qatması haqda sionist rejimə xəbərdarlıq edib.
Bir sionist qəzet yazıb ki, Avropa Birliyi «Mavi və Ağ» partiyasının başçısı Beni Qantsa xəbərdarlıq edib ki, nazirlər kabinetinin təşkili üzrə müzakirələrdə İordan çayının qərb sahilinin bəzi hissələrinin işğal olunmuş ərazilərə qatılması ilə müxalifə etməlidir.
İordan dərəsinin və sionist qəsəbələrin birləşdirilməsi sionist rejimin baş naziri Benyamin Netanyahunun parlament seçkiləri zamanı verdiyi əsas vəd olubdur.
Netanyahu və Qants nazirlər kabinetinin təşkilində bu məsələdə fikir ayrılığına malikdirlər.
Amma Qants birləşdirmə məsələsində şərtlər və veto haqqından geri çəkilibdir. O təkcə ona təkid edir ki, bu addım ABŞ-ın təsdiqi və həmkarlığı ilə atılmalıdır.
Sionist rejim başçılarına xəbərdarlıq edilibdir ki, gələcək kabinetin təşkilində belə bir addım sionist rejimin Avropa Birliyii ilə əlaqələrinə ziyan vuracaq.
AB SİONİST REJİMƏ XƏBƏRDARLIQ EDİB