Apr 26, 2020 13:26 Asia/Baku
  • Tramp gündəlik mətbuat konfransını ləğv etdi

ABŞ medialarında bu ölkə prezidentinin koronavirusu aradan götürmək üçün dezinfeksiyaedici maddələrin aşılanması haqdakı sözləri barədə yaranmış son qalmaqalın ardınca Tramp Ağ Ev-də keçirilən gündəlik mətbuat konfranslarının ləğv olunduğunu bildirib.

Amerika prezidenti Donald Tramp bu xəbəri tvitterdəki hesabında verib.

Bu mətbuat konfransı təqribən ötən iki ay ərzində hər gün keçirilir və Tramp öz hökumətinin koronavirus pandemiyası ilə mübarizə sahəsində gördüyü tədbirlərdən danışırdı.

Tramp öz tvitter mesajında yazıb: Mediaların düşməncəsinə suallardan başqa heç nə soruşmadıqları bir halda, Ağ Ev-də mətbuat konfransı keçirməkdə məqsəd nə ola bilər? Onlar rəqəmləri qeyd edirlər. Amma Amerika xalqı saxta xəbərlərdən savayı bir şey eşitmir. Medialar görülən səylərə və itirilən zamana layiq deyillər.

 

Teqlər