Etirazçılar Miçiqan ştatının konqresini ələ keçirmək istəyiblər
Amerikanın Miçiqan ştatında bir qrup silahlı etirazçı koronavirsla mübarizə tədbirlərinin ləğvi tələbi ilə ştat konqresinin binasına daxil olub.
Frans-Press-in məlumatına görə, onlarla etirazçı aksiya keçirib. Onlar Miçiqan ştatının demokrat qubernatoru Gerçen Vaytmerdən istəyiblər ki, bu ştatda koronavirus pandemiyası ilə mübarizə məhdudiyyətlərini ləğv etsin.
Bu məlumata əsasən, etirazçılar Miçiqan konqresinin foyesinə daxil olaraq, bu ştat parlamentinin akt salonuna keçmək istəyiblər. Üzlərində maska olan ştatın polis qüvvələri onlarla mübarizə aparıblar.
Koronavirus indiyədək Miçiqanda 3500 nəfərdən çox insanın ölümünə səbəb olub. Son həftələrdə ikinci dəfədir ki, etirazçılar Miçiqanda koronavirusa qarşı məhdudiyyətlərin davam etməsi əleyhinə aksiya keçirirlər.
MİÇİQAN ŞTATININ KONQRES BİNASI ƏLƏ KEÇİRİLİB