ABŞ-da Kovid19 tədqiqatını aparan alim evində öldürülüb
ABŞ-ın Pittsburq Universitetində yeni növ koronavirus (Kovid-19) araşdırmasını aparan bir alim evində öldürülmüş vəziyyətdə tapılıb.
SəhərAzəri xəbər verir ki, CNN-nin xəbərinə görə, Pittsburq şəhəri Ross qəsəbəsinin polisi sələn çinli olan doktor müəllim Binq Liunun baş, boyun və bədəninin müxtəlif yerlərində güllə izlərinə rast gəlindiyini açıqlayıb.
Universitet alimin Kovid 19-la əlaqədar çox mühüm bir araşdırma apardığını açıqlasa da, polis hadisənin açıq bir cinayət olduğunu bildirib.
Polis şəxsiyyəti hələ müəyyən edilməyən cinayətkarın Binqi öldürməsindən sonra, avtomobilində intihar etdiyini qeyd edərək, Binqin çinli olması səbəbiylə hədəfə alındığına dair bir sübuta rast gəlmədiyini vurğulayıb.
Universitetin Hesablama və Sistemlər Biologiyası Bölməsindəki həmkarları, Binqin SARS-CoV-2 infeksiyası altındakı hüceyrə mexanizmlərinin hüceyrə əsaslarını və onların fəsadlarını anlamaq üçün bir araşdırmada çox əhəmiyyətli tapıntılar əldə etmək üzrə olduğunu vurğulayıblar.