May 08, 2020 10:13 Asia/Baku
  • Tramp Putinə: Çinin iştirakı ilə silah müqaviləsi istəyirik

ABŞ prezidenti öz rusiyalı həmkarı ilə telefon söhbətində Çinin iştirakı ilə iki ölkə arasında silah müqaviləsinin bağlanmasını istədiyini bildirib.

Amerika prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Çinin iştirakı ilə iki ölkə arasında silah müqaviləsinin bağlanmasını istədiyini bildirib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo da çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə silah nəzarəti barədə söhbət edib.

Amerika Dövlət Departamenti bir bəyanatda artıq təfərrüat vermədən bildiribdir ki, Pompeo Lavrovla «silah nəzarətinin sonrakı addımları» barədə danışıbdır.

Rusiya bildiribdir ki, Amerika tərəfindən yeni atom bombaları ilə hər hansı bir hücumu «nüvə hücumu» hesab edəcək və ona cavab verəcəkdir.

Donald Tramp 2019-cu ildə Amerikanı nüvə qüvvələri müqaviləsindən çıxardı ki, bu da Rusiyanın qarşılıqlı addımı ilə cavablandırıldı.

TRAMP PUTİNƏ: ÇİNİN İŞTİRAKI İLƏ SİLAH MÜQAVİLƏSİ İSTƏYİRİK

Teqlər