May 11, 2020 08:14 Asia/Baku
  • Putin Rusiyanın hərbi planlarından danışdı

Rusiya Prezidenti bəyan edib ki, Rusiya istənilən şəraitdə bütün qoşun növlərinin möhkəmləndirilməsi, onların qabaqcıl silah və texnika ilə təmin edilməsi planını həyata keçirəcək.

Sputnik Xəbər Agentliyinin məlumatına əsasən, Vladimir Putin Rusiyanın bundan sonra da Silahlı Qüvvələri təkmilləşdirəcəyini və inkişaf etdirəcəyini vurğulayıb.

O deyib: "İstənilən şəraitdə bütün qoşunlarımızı müasir silah və texnika, o cümlədən dünyada analoqu olmayan, yüksək dəqiqliyə malik və hipersəs sistemli, pilotsuz və avtomatik zərbə kompleksli strateji silahlarla təmin etmk planını reallaşdıracağıq".

Qeyd edək ki, Rusiya prezidenti ötən il dekabrın 24-də Müdafiə Nazirliyinin kollegiya iclasında ölkəsinin yeni silah sistemləri üzrə dünyada liderliyi ələ aldığını açıqlamışdı.

Kreml rəhbərliyinin bildirdiyinə görə, Rusiya dünyada hipersəs sürətli silahlara malik olan yeganə ölkədir. 

Hazırda Rusiyanın artıq ilk qoşun hissəsi qitələrarası “Avanqard” hipersəs raketləri ilə təchiz olunub və bu raketlər döyüş növbəsindədir. Habelə “Kinjal” hipersəs sürətli raketi də artıq silahanmada yer alır.

Rusiyanın yeni silah proqramında NATO-nun Rusiyanın qərb sərhədlərində qoşun yerləşdirməsi və ABŞ-ın orta və yaxın mənzilli raketlərə dair 1987-ci il müqaviləsindən çıxması təsirsiz olmamışdır.

PUTİN RUSİYANIN HƏRBİ PLANLARINDAN DANIŞDI

Teqlər