May 13, 2020 13:39 Asia/Baku
  • Amerika ali məhkəməsi Trampın maliyyə sənədlərinin yayılmasına dair ərizəyə baxır

Amerika ali məhkəməsi bu ölkə prezidentinin vergi bəyannamələri və maliyyə sənədlərinin yayılmasına dair ərizəyə baxmağa başlayıb.

SaharAzeri-nin verdiyi məlumata görə, demokratların nəzarəti altında olan ABŞ konqresinin nümayəndələr palatasının iki komitəsinin, həmçinin Nyu-York prokurorunun prezident Donald Trampın vergi bəyannamələri və maliyyə sənədlərinin yayılması barədəki ərizələrinin ardınca bu ölkənin ali məhkəməsi münaqişə tərəflərinin vəkillərinin dəlillərini dinləməklə həmin işə baxmağa başlayıbdır.

Tramp ötən əsrin 70-ci illərində Amerikanın 37-ci prezidenti olmuş Riçard Niksondan sonra ilk ABŞ prezidentdir ki, öz vergi bəyannamələrini yaymaqdan boyun qaçırıbdır.

ABŞ ALİ MƏHKƏMƏSİ TRAMPIN MALİYYƏ SƏNƏDƏLƏRİNİ ARAŞDIRIR

 

Teqlər