ABŞ prezidentinin Çinə qarşı hədələri davam edir
May 15, 2020 14:45 Asia/Baku
Amerika prezidenti Çini münasibətləri tam kəsməklə hədələyib.
SaharAzeri-nin verdiyi məlumata görə,Donald Tramp cümə axşamı günü «Foks Biznes» telekanalı ilə müsahibədə Çini münasibətləri tam kəsməklə hədələyib. İddia edib ki, Çinlə əlaqələrin kəsilməsi Amerika üçün 500 milyard dolların toplanmasına səbəb olacaqdır.
Koronavirusla mübarizədəki səhlənkarlıqlarına görə tənqid olunan Donald Tramp və Amerika hökumətinin bəzi rəsmiləri ötən həftələrdə Çini tənqid etməyə üz tutub və bu ölkəni dünyada xəstəliyin yayılmasında müqəssir kimi göstərməyə çalışıblar.
Çin bu ittihamları rədd edib. Vurğulayıbdır ki, Amerika hökuməti koronavirusla mübarizədə məsuliyyəti üzərindən götürmək istəyir.
TRAMPIN ÇİNƏ QARŞI HƏDƏLƏRİ DAVAM EDİR