Texasda koronavirus qurbanları rekord vurublar
Amerikanın Texas ştatında iş yerlərinin yenidən açılmasından təkcə iki həftə sonra bu ştatda koronavirus qurbanlarının sayı rekord vurubdur.
SəhərAzəri xəbər verir,Texas ştatında iqtisadi fəaliyyətlərin bərpası ilə bir zamanda Amerikanın bu nöqtəsində pandemiyanın başlandığı vaxtdan bəri koronavirusun gündəlik qurbanlarının maksimum sayı qeydə alınıbdır.
Texasda verilən informasiyalara görə, ötən üç gün ərzində koronavirusa yoluxmuş 116 nəfər vəfat edibdir ki, bu da üçgünlük bir dövrdə Texas ştatında bir rekord hesab olunur.
Texas ştatında bu irisaylı tələfat elə bir halda baş verir ki, ev karantini barədə göstərişin müddəti aprelin 30-da başa çatıb və böyük nigarançılıqlara rəğmən, uzadılmayıbdır.
Amerikadakı geniş müxalifətlərə baxmayaraq, Tramp iqtisadi fəaliyyətlərin bərpasına son dərəcə israr edir.