Sarı jiletlilər küçələrə qayıdıblar
Medialar koronavirus məhdudiyyətlərinə rəğmən, sarı jiletlilərin Fransanın bəzi əsas şəhələrinin küçələrinə geri dönmələrindən xəbər veriblər.
SəhərAzəri xəbər verir, Sarı jiletlilər mayın 16-sı axşamçağı bu ölkə hökumətinin on nəfərdən çox toplantı barədəki xəbərdarlığına rəğmən, Fransanın şərqində yerləşən Bezanson şəhərinin ən böyük meydanı olan Ruluşen meydanının ətrafına toblaşıblar.
Fransalı sarı jiletlilər həmçinin «Blak Sprinq» etirazçıları ilə elə bu adda aksiya təşkil etmək üçün koalisiya yaradıblar.
Bundan öncə fransız «Qarda Veled» vebsaytı sarı jiletlilərin Parisin, eləcə də Tuluza, Angers, Monpelye, Alebi və Lion şəhərlərinin əsas meydanlarında aksiya keçirmək qərarından xəbər vermişdi.
Bu, sarı jiletlilərin mayın 11-dən Fransada koronavirus məhdudiyyətlərinin cüzi şəkildə götürülməsindən sonra keçirilən ilk toplantısı sayılır.
Sarı jiletlilər etiraz hərəkatı 2018-ci ilin noyabrından başlanıb və indiyədək davam edir.
Sarı jiletlilər Makronun hakimiyyətdən getməsini istəyirlər.
Fransa polisi bu müddətdə on mindən çox sarı jiletlini həbs edibdir.