May 18, 2020 08:05 Asia/Baku
  • Tramp üçün ağır bir heysiyyət zərbəsi olacaq

Son zamanlar Röyters xəbər verdi ki, beş İran tankeri böyük bir benzin yükünü Venesuelaya tərəf daşımaqdadır.

SəhərAzəri pia.az-a istinadən bildirir, Röyters-in toxunduğu əsas cəhət bu idi ki, Venesuelanın ABŞ-a yaxın olduğu və hər iki ölkənin Amerika tərəfindən sanksiya edildiyi bir şəraitdə İran tankerləri İran İslam Respublikasının bayrağı altında məqsədə doğru hərəkət etməkdədirlər.

Bu tankerlər hazırda Cəbəlüttariq boğazından keçib və Atlantik okeanına daxil olublar. Həmçinin ABŞ rəsmən elan edibdir ki, İran Venesuela istiqamətinə beş yanacaq daşıyan tanker göndərib və onlar hazrıda azad sularda hərəkət etməkdədirlər.

Beynəlxalq nəzarətçilərin sözlərinə görə, İran və Venesuelanın hər iki ölkənin kəskin sanksiyası şəraitindəki həmkarlıqları ABŞ-ın bu iki iri enerji mənbəyini təslim etməkdə məğlub olmasının nişanəsidir.

Qeyd edək ki, «Fars Körfəzi Ulduzu» neftayırma zavodunun istifadəyə verilməsindən sonra İran benzin ixracatçısına çevrilib və Venesuelaya benzin ixracı elə bu istiqamətdədir. Maraqlı burasıdır ki, İran ABŞ-ın xəbərdarlıqlarına məhəl qoymayaraq, tankerlərini öz bayrağı ilə Atlantik okeanına göndəribdir.

Belə bir şəraitdə Amerikanın İran tankerlərini dayandırmaq üzrə hər cür avantürası beynəlxalq qanunlara zidd olduğu üçün İranın sərt reaksiyası ilə üzləşəcək və bu sahədə Amerikanın maraqlarının qoruyucusu kimi İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə həmin ölkəyə kəskin mesajlar göndərilibdir.

Şübhəsiz, İranın Venesuelaya benzin satması iki il bundan öncə nüvə anlaşmasından çıxaraq, İran iqtisadiyyatını dağıtmaq və öz sanksiyaları ilə onu təslim etmək niyyətində olan, hazırda isə öz sularının yaxınlığında İran İslam Respublikasının bayrağı altında hərəkət edən İran tankerlərinə tamaşa edən Tramp üçün ağır bir heysiyyət zərbəsi olacaqdır.

Bundan əlavə, İran öz yerli texnologiyası ilə və sanksiya şəraitində Venesuelanın neftayırma zavodlarının bərpasına gedib və nəzərdə tutulan təchizatları həmin ölkəyə köçürübdür. Bu məsələ İranın mühəndislik xidmətlərinin göstərilməsi sahəsindəki bacarığını nümayiş etdirir. Başqa sözlə, Amerikanın birtərəfli və zalımcasına sanksiyaları İranın sənaye və iqtisadi inkişaf yolunu kəsə və İranın beynəlxalq həmkarlıqlarını poza bilməz.

Teqlər