May 19, 2020 07:03 Asia/Baku
  • 500 min nəfər küçələrdə yatır

Amerikanın Vermont ştatından olan senator Berni Senders tvitterdə bildirib ki, on milyonlarla amerikalının müalicə sığortası yoxdur. O, qeyd edib ki, təqribən 40 milyon amerikalı yoxsulluq içində yaşayır və bu ölkə əhalisindən 500 min nəfər də gecələr küçələrdə yatır.

SəhərAzəri xəbər verir, Senders Tramp hökumətinin siyasətlərini tənqid edib. Bildirib ki, Amerika xalqı geriyə dönə biilməz.

Berni Senders bazar günü də ABC telekanalı ilə müsahibədə Ağ Ev-in koronavirusla mübarizə tərzini tənqid etmiş və belə demişdi: Amerikalılar elə bir prezidentlə üzləşiblər ki, Amerikanın qarşılaşdığı problemlərə görə, özündən başqa bütün dünya xalqlarını müqəssir bilir.

Senders koronavirusun Amerikada yayılmasının ardınca bu ölkədə yaranmış iqtisadi problemlərə və genşmiqyaslı işsizliyə də işarə edib. Bildirib ki, hazırda milyonlarla amerikalı işsizdir və Amerika xalqının yarısının əmək haqqısı çox güclə ay başında onun yaşayış xərclərinə bəs edir.

Amerikanın əmək nazirliyi ötən cümə axşamı günü bir məlumatda koronavirusun bu ölkədə yayılmasının ardınca 36 mlyondan çox amerikalının işsiz qalmasından xəbər verdi.

Koronavirusun Amerikada yayıldığı zamandan bəri minlərlə şirkət və zavod bağlanıbdır.

Proqnoz edilir ki, Amerikada işsizlik göstəricisi azı 16 faizə çatacaq. Bu miqdarda işsizlik 2-ci dünya müharibəsindən sonrakı geniş durğunluq dövründən bəri ən yüksək göstəricidir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.

Teqlər

Şərhlər