Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 1800-ə yaxınılaşır
https://azeri.sahartv.ir/news/dünya-i362028-moskvada_covid_19_diaqnozu_ilə_ölənlərin_sayı_1800_ə_yaxınılaşır
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 68 nəfər dünyasını dəyişib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2020 06:35 Asia/Baku
  • Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 1800-ə yaxınılaşır

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 68 nəfər dünyasını dəyişib.

SaharAzeri APA-ya istinadla xəbər veirir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 1794-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 308 705 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8764 nəfər bu virusa yoluxub, 135 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 2972 nəfərdir, indiyədək 85 392 nəfər də sağalıb.