Rusiyada indiyə qədər 317 554 nəfər koronavirusa yoluxub, 3099 nəfər ölüb
May 21, 2020 09:47 Asia/Baku
Rusiyada son sutka ərzində daha 8849 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
SaharAzeri APA-ya istinadla bildirir ki, Rusiya Operativ Qərargahının verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 317 554 nəfərə çatıb.
Son sutka ərzində 127 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3099 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 92 681 nəfərdir.
Teqlər