May 23, 2020 01:55 Asia/Baku

Rusiya Prezidenti ekspertlərin qiymətləndirməsinə istinad edərək Rusiyada koronavirusla bağlı vəziyyətin bütövlükdə sabitləşdiyini açıqlayıb.

SəhərAzəri - TASS Xəbər Agentliyinin məlumatına əsasən, Vladimir Putin bu barədə Rusiyada sanitar-epidemioloji vəziyyətlə bağlı müşavirədə bildirib. O deyib ki, daxil olan obyektiv informasiyalara, mütəxəssislərin qiymətləndirməsinə görə ümumilikdə ölkədə vəziyyət sabitləşir. Və bununla əlaqədar Moskvada və Rusiyanın bir çox bölgələrində COVID-19-a gündəlik yoluxanların sayında tədricən azalma qeydə alınır.

Rusiya Prezidenti, həmçinin, daha çox koronavirus testi aparılmasına çağırıb.

Qeyd edək ki, Rusiyada son sutka ərzində koronavirusa 8894 yoluxma hadisəsi təsdiqlənib. Koronavirusa yoluxma hallarının ümumi sayı isə 326 min 448 nəfərdir.

Teqlər

Şərhlər