May 27, 2020 08:04 Asia/Baku
  • Rusiya: ABŞ uydurmalar istehsal edir

ABŞ Dövlət Departamenti Açıq Səma Anlaşması ilə bağlı öhdəliklərin elə Vaşinqton tərəfindən pozulması hallarına qarşı səssiz qalır.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

Bildirilib ki, məhz bu səbəbdən Rusiyanın anlaşmanı pozması ilə bağlı uydurmalar “istehsal edilir”:

“Görünür, ABŞ və müttəfiqləri özlərinin törətdiyi ciddi pozuntulardan diqqət yayındırmaq üçün belə iddialar səsləndirir. Digər tərəfdən, belə açıqlamalar ABŞ-ın bəzi konqresmenlərinin və hərbi-siyasi elitasının müqaviləyə mənfi münasibəti də ola bilər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Anlaşmasından çıxacağını açıqlayıb.

Teqlər

Şərhlər