May 28, 2020 09:22 Asia/Baku
  • Los-Ancelesdə qəzəbli etirazçılar polis hücum edib

Los-Ancelesdə qəzəbli etirazçılar polis avtomobilinin şüşələrini sındırıblar.

SəhərAzəri xəbər verir, Yüzlərlə nəfər Amerikanın Los-Anceles şəhərinin küçələrinə çıxaraq, bu ölkə polisinin qaradərililərə qarşı son zorakı hərəkətlərinə etiraz edibdir.

Etirazçılar bir polis avtomobilinə hücum edərək, onun şüşələrini sındırıblar. Onlar həmçinin Los-Anceles şəhərinin mərkəzindəki bir avtomagistralı bağlayaraq, hərəkət tıxacına səbəb olublar.

Amerika polisinin zorakı rəftarı bir daha bir qaradərilinin ölümü ilə nəticələnibdir.

Amerikada bir ağdərili zabit bazar ertəsi günü Minnesota ştatının Minneapolis şəhərində bir qaradərili şəxsi qətlə yetirdi.

Çərşənbə axşamı günü Amerikanın sosial şəbəkələrində yayılan videoçarxda görünür ki, bir ağdərili polis bir qaradərili şəxsi üzüqoylu şəkildə asfalta yatırtdığı bir halda, dizini onun boynuna basır.

Həmin qaradərili şəxs “Nəfəs ala bilmirəm!”, “Mənə bir az su verin!” və “Məni öldürmə!” fəryadları ilə sonda dünyasını dəyişir.

Amerika polisinin rənglidərililərə və qaradərililərə qarşı zorakılıqları həmişə bu ölkədə xalq etirazlarının formalaşmasına səbəb olubdur.

Teqlər