Moskvada son sutka koronavirusdan 76 nəfər dünyasını dəyişib
May 29, 2020 03:14 Asia/Baku
Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 76 nəfər ölüb.
SəhərAzəri-ninTrend-ə istinadla verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib".
Ümumilikdə paytaxtda 2 330 nəfər koronavirusdan ölüb.