COVİD-19-a yoluxanların sayı 6 milyona yaxınlaşır
https://azeri.sahartv.ir/news/dünya-i362405-covİd_19_a_yoluxanların_sayı_6_milyona_yaxınlaşır
Dünyada son sutka ərzində koronavirusdan ölən və yoluxanların sayı açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2020 03:35 Asia/Baku
  • COVİD-19-a yoluxanların sayı 6 milyona yaxınlaşır

Dünyada son sutka ərzində koronavirusdan ölən və yoluxanların sayı açıqlanıb.

SəhərAzəri Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son gün ərzində COVİD-19-dan 4 221 insan ölüb. Bununla da ümumi ölənlərin sayı 353 334 nəfərə çatıb.

104 505 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə dünya üzrə yoluxanların sayı 5 593 631 nəfərə yüksəlib.