May 30, 2020 20:56 Asia/Baku
  • Tramp Minneapolisə qoşun göndərməyə hazır olduğunu bildirib

Əgər yerli hakimiyyətdən müvafiq sorğu daxil olsa, ABŞ hərbçiləri etirazlarla əlaqədar çox qısa zamanda Minneapolisə göndərilə bilər.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər bildirir, bu barədə ABŞ prezidenti Donald Tramp Florida ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.

Tramp həmçinin deyib; "Onlar Minneapolisdə ordu qüvvələrinin yerləşməsini istəsələr, dərhal oraya ordu yeridərik".

"Onlar (yerli hakimiyyət-red) sərt olmalıdır, onlar ağıllı olmalıdır. Bizim hərbçilərimiz hazırdır. Əgər onlar birdən hərbçilərimizi (hərbçilərin köməyini-red) istəsələr, hərbçilər çox tez həmin ərazidə ola bilərlər, ", - Vaşinqton administrasiyasının başçısı deyib.

Qeyd edək ki; ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfundən öldürülməsinin ardınca baş tutan sərt etiraz nümayişləri geniş vüsət alıb. 

Teqlər