May 31, 2020 13:29 Asia/Baku
  • Amerikada böhran; 25 şəhərdə komendanat saatı elan edilib, 1400 etirazçı saxlanılıb

Bir qaradərilinin ağdərili polis tərəfindən qətlə yetirilməsinə qarşı Amerikanı bürüyən etirazların 5-ci günündə ABŞ-ın 25 şəhərində komendant saatı elan olunub və indiyədək 1400-dən çox etirazçının həbs edildiyi bir neçə nəfərin isə öldürüldüyü deyilir.

SaharAzeri AP hansısa şəhərin adını çəkmədən bu gün bildirib ki, iğtişaşların başlanmasından indiyədək polis Amerikanın 17 şəhərində 1400 nəfəri həbs edib. 

ABŞ mediyaları həmçinin Minniapolis şəhəri də daxil bir neçə şəhərdə Milli Qvardiya qüvvələrinin geniş fəaliyyətindən xəbər veriblər. Qaradərili mülkinin polis tərəfindən qətlə yetirildiyi Minniapolis şəhərində isə silahlı qüvvələr və Milli Qvardiya qüvvələrinin sayı 11 mini ötüb keçib. CNN telekanalı da Los-Ancles şəhərindən yayımladığı videoda mağazalar və ümumi məkanların yandırılmasından xəbər verib. ABŞ mediyaları həmçinin Filadelfiya şəhərində yanğınlardan canlı görüntülər təqdim ediblər. 

CNN Vaşinqtonda da etirazçıları dağıtmaq üçün yüzlərlə polisin fəaliyyətindən xəbər veirb. Dünən də Ağ ev qarşısında etirazçıların topıaşması Xüsusi Təyinatlı Qüvvələrin aksiyaçılara qarşı gözyaşardıcı qaz və təlim məşqlərindən istifadə etməsi ilə nəticələndi. 

ABŞ Müdafiə Nazirliyi PENTAQON isə Amerika  şəhərlərində iğtişaşların davam etdiyinə görə ölkənin fövqəladə vəziyyətdə olduğunu bildirib. Bəzi hərbi bölmələr hazır vəziyyətə gətirilib, hərbi vertolyotlar Minniapolis şəhəri üzərində uçuşlar həyata keçirib. 

Minnesota Ştatının Milli Qvardiyasının komandanı Con Censen isə bir mətbuat  konfransında deyib ki, Minnesota qubernatorundan aldığı səlahiyyətlər əsasında ilk mərhələdə bu ştata min hərbçinin yerləşdirilməsini tələb edib. 

Censen deyib ki, bu sayda hərbçinin yerləşdirilməsi ilə Minnesota şəhərinə yeridilən hərbçilərin ümumi sayı 1700 nəfərə çatacaq. 

Teqlər

Şərhlər