KİV: Los-Ancelesdə kütləvi aksiyalarda 2,6 mindən çox etirazçı saxlanılıb
https://azeri.sahartv.ir/news/dünya-i362638-kİv_los_ancelesdə_kütləvi_aksiyalarda_2_6_mindən_çox_etirazçı_saxlanılıb
Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həyatını itirməsinə etiraz olaraq Los Angelesin mərkəzində (Kaliforniya ştatı) keçirilən kütləvi aksiyalarda 2600-dən çox insan saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2020 03:43 Asia/Baku
  • KİV: Los-Ancelesdə kütləvi aksiyalarda 2,6 mindən çox etirazçı saxlanılıb

Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində həyatını itirməsinə etiraz olaraq Los Angelesin mərkəzində (Kaliforniya ştatı) keçirilən kütləvi aksiyalarda 2600-dən çox insan saxlanılıb.

SaharAzeri - APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Los Angeles Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, cümə günündən çərşənbə axşamı səhərədək Los-Ancelesdə keçirilən etiraz aksiyaları zamanı 2121 nəfər saxlanılıb. Santa Monika və Lonq Biç şəhərlərində daha 475 nəfər tutulub. 

Həbslərə səbəb kimi polisə tabe olmaqdan imtina, polisə hücum, komendant saatını pozmaq, habelə qarətlər və talanlar göstərilir.

Şəhər rəhbərliyi komendant saatının iyunun 3-dən 6-dək müddətə uzadıldığını bildirib.