MKİ-nin Keçmiş analitiki;
Amerikadakı zorakılıqlar ABŞ-in dağılmasına dəlalət edir
Keçmiş MKİ analitiki, bu günlərdə ABŞ-dakı zorakılığı dağılmadan əvvəl yaşanan olaylar adlandırıb.
SəhərAzəri Farsnews-a istinadlaxəbər veri, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki, bu günlərdə ölkəsindəki zorakılığı, bir quruluşun dağılmasından əvvəl baş vermiş hadisələrə bənzər bir vəziyyət kimi qiymətləndirdi.
Məlumata görə Washington Post bildirir, ABŞ-ın hazırkı və keçmiş kəşfiyyat rəsmiləri son müsahibələrdə, ABŞ-da baş verənlərlə digər ölkələrdə araşdırdıqları eniş əlamətləri olan demokratik çatışmazlıqlar və olaylar arasındakı oxşarlıqlar barədə narazılıqlarını dilə gətiriblər.
Çində və Cənub-Şərqi Asiyada baş verən hadisələri izləyib araşdırmış keçmiş MKİ analitiki Gil Holt Washington Post-a müsahibəsində deyiibI “Bu cür zorakılığı görmüşəm. Bu zalımların etdiyi şeydir. Dağılmazdan əvvəl ölkələrdə baş verənlər belədir. Həqiqətən əsəblərim qarışıb.
”
Hal-hazırda Tennessi Kral Universitetinin professoru olan Halt ABŞ şəhərlərindəki iğtişaşların görüntülərinin, Donald Trump-ın kəskin açıqlamaları üst-üstə düşməsinin, 12 il əvvəl MKİ tərəfindən Çində, Malayziyada və digər ölkələrdə araşdırdığı olaylara bənzədiyini vurğulayıb.
Qeyd edək ki Washington Post-un məlumatına görə, Trump-ın münaqişəyə nəzarət etmək mövqeyi onun administrasiyasının digər üzvləri tərəfindən də təkrarlanıb. Məsələn, Müdafiə Naziri Mark Spear əyalət qubernatorlarını etirazçıları mühasirəyə alaraq "münaqişə zonalarına nəzarəti ələ almağa" çağırdı.
Son günlərdə vertolyotlar nümayişçilərin üzərinə uçub, Baş Qərargah Başçıları milli hərbi forma geyinərək paytaxt küçələrinə çıxıblar.