ABŞ polisinin cinayəti davam edir
Amerika polisi yeni bir cinayətdə silahsız və müdafiəsiz latın mənşəli bir vətəndaşı qətlə yetirib.
SəhərAzəri xəbər verir, Amerikanın Kaliforniya ştatının Valleco bölgəsinin polis rəisi Şavni Uilyams bildirib ki, bu ştatın şimal bölməsinin bir polis məmuru, 22 yaşlı latın mənşəli vətəndaş Şan Monterrosa dizə çökərək təslim olduğu bir halda, beş güllə ilə onu qətlə yetiribdir.
Uilyams əlavə edib: Polis patrul məmurları bir aptekin qarət edilməsi barədəki məlumatı araşdırmaq üçün hadisə yerinə getmişdilər ki, bu oğurluğun baş verdiyi məkanda Monterrosa ilə üzləşmiş və onun cibindəki kiçik çəkici odlu silahla səhv salmışdılar.
Monterrosanın ailəsinin vəkili və vətəndaş hüquqları üzrə akvitist Melissa Nold bu barədə belə deyib: Bu latın mənşəli vətəndaş polislə üzləşərkən dizə çökərək, təslim oldu, amma polis qüvvələri avtomobilin içərisindən ona atəş açdılar.