ABŞ-da koronavirusdan daha 700 nəfər ölüb
İyun 07, 2020 11:53 Asia/Baku
ABŞ-da koronavirusa yoluxma səbəbindən 700-dən çox yeni ölüm faktı qeydə alınıb, yoluxanların ümumi sayı isə iki milyon nəfərə çatıb.
SaharAzeri “Worldometer" portalının hesablamalarına əsasən xəbər verir, ABŞ ştatlarında son sutkada 706 amerikalı koronavirusun qurbanına çevrilib və ümumilikdə 22 min 836 koronavirusa yeni yoluxma faktı qeydə alınıb.
Beləliklə, ABŞ-da koronavirusa yoluxanların sayı son gündə 23 min artaraq, bir milyon 988 min 544 nəfərə çatıb, ölənlərin sayı isə 112 min 96 nəfərə yüksəlib.
ABŞ hələdə koronavirusa yoluxma və ölüm hallarına görə dünyada birincidir və uzun müddətdir ki, bu ölkədə koronavirus qurbanlarının sayı Vyetnam müharibəsi qurbanlarının sayını üstələyibdir.