İyun 08, 2020 08:08 Asia/Baku
  • İƏT sionistlərin qərb sahilinə təcavüzü barədə iclas keçirəcək

İslam Əməkdaşlığı Təşkilatının ümumi katibliyi dünən gecə bu təşkilata üzv ölkələrin xarici işlər nazirləri səviyyəli növbədənkənar iclasının keçiriləcəyindən xəbər verib. İclas işğalçı sionist hökumətin qərb sahilndən bəzi hissələrin mənimsənilməsi üzrə təhdidlərinə cavab olaraq təşkil olunacaq.

SaharAzeri xəbər verir, İslam Əməkdaşlığı Təşkilatı dünən gecə öz saytından yaydığı açıqlamada qeyd edib ki, bu iclas uzaq məsafədən və video-konfrans formasında keçiriləcək.

Bundan öncə, cümə günü, Ərəb Liqası qərb sahili, şərqi Qüds, Qəzzə zolağı və Suriyanın Cövlan bölgəsinin işğalının 53-cü ildönümündə bir açıqlama verərək, qərb sahilinin bir hissəsinin sionist rejim tərəfindən işğal olunmuş ərazilərə qatılması planını hərbi cinayət adlandırıb.

Sionist rejimin baş naziri Benyamin Netanyahu son zamanlar bildirib ki, qərb sahilinin bir hissəsinin bu rejim tərəfindən işğal olunmuş ərazilərə qatılması planı qarşıdakı aylarda həyata keçiriləcək.

Bu məsələ ABŞ prezidenti Donald Trampın cari il yanvarın 28-də təqdim etdiyi rasist “əsrin sövdələşməsi” planının bəndlərindən biridir.

“Əsrin sövdələşməsi” Amerika hökuməti tərəfindən təqdim olunan yeni plandır. Fələstin xalqının hüquqlarını aradan götürmək ardınca olan bu plan Ərəbistan daxil olmaqla bəzi ərəb ölkələrinin razılığı ilə işlənib hazırlanıbdır.

Bir çox ölkə, şəxsiyyət, siyasi və dini məsul şəxs, xüsusən müsəlmanlar bu planı pisləyiblər.

 

Teqlər