İngiltərə xalqı ABŞ-dakı rasizmə qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/dünya-i362875-İngiltərə_xalqı_abŞ_dakı_rasizmə_qarşı_aksiya_keçirib
Minlərlə ingilis, afroamerikalı Corc Floydun ABŞ polisi tərəfindən dəhşətləi şəkildə qətlə yetirilməsinə etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2020 04:09 Asia/Baku
  • İngiltərə xalqı ABŞ-dakı rasizmə qarşı aksiya keçirib

Minlərlə ingilis, afroamerikalı Corc Floydun ABŞ polisi tərəfindən dəhşətləi şəkildə qətlə yetirilməsinə etiraz olaraq, aksiya keçirib.

SaharAzeri xəbər verir, İngilis etirazçılar dünən Londonda “Boris Conson irqçidir!” kimi şüarlar verib. Onlar nifrətlə hökumətdə mövcud olan mütəşəkkil ədalətsizliyə etiraz ediblər.

Həmçinin ingilis aksiyaçılar simvolik bir hərəkətdə 17-ci əsrin varlı quldarlarından olmuş Edvard Klostonun Bristol şəhərində yerləşən heykəlini deviriblər.

Eyni zamanda etirazçılar İngiltərənin digər şəhərlərində, o sıradan Mançester, Edinburq, Qlazqo, Bristol, Norviç, Koventri, Derbi və Kulçester şəhərlərində oxşar aksiyalar keçiriblər.

Amerikanın müxtəlif şəhərləri, o sıradan Minnesota ştatındakı Minneapolis şəhəri bu günlər etirazçı əhalinin bu ölkə polisinin rasistcəsinə rəftarına qarşı aksiyalar səhnələridir.

Bir çox Avropa və Latın Amerikası ölkəsinin şəhərlərində də formalaşan bu etirazlar amerikalı ağdərili polisin mayın 25-də bu ölkənin Minneapolis şəhərində Corc Floyd adlı qaradərili ABŞ vətəndaşını faciəli surətdə qətlə yetirməsindən sonra başlanıbdır.