İyun 08, 2020 16:01 Asia/Baku
  • Amerikada rasizmə və ədalətsizliyə qarşı ümumölkə etirazları

Rasizmə qarşı çıxan yüz minlərlə etirazçı son saatlarda bu ölkənin müxtəlif şəhərlərində aksiyalar keçiribdir.

SaharAzeri xəbər verir, Afroamerikalı Corc Floydun Minieapolis şəhərində polis tərəfindən qətlə yetirilməsindən sonra Amerikada aksiyalar başlanıb və bu etirazlar davam etməkdədir.

“Atlantik” nəşri yazıb: Amerikanın kənd və şəhərlərini və hətta bu ölkənin paytaxtını bürümüş aksiyalar aylarla sürə bilər.

Amerikada etirazçıların tələbi, təkcə siyasi dəyişikliklər deyil. Həm də qaradərililər bu etirazlarla yüz illlərlə dözdükləri ağrı və hiddəti bəyan edirlər.

Amerikada öz aksiyalarını davam etdirən rasizmə etiraz edənlər, qanunların köklü şəkildə dəyişdirilməsini tələb edirlər.

Teqlər