Pelosi və demokrat konqresmenlər Corc Floydun xatirəsini yad ediblər
ABŞ konqresinin nümayəndələr palatasının sədri və konqresin digər demokratları Amerikada polis zorakılığının və irqçiliyin qurbanı olmuş Corc Floydun xatirəsini sükutla yad ediblər.
SaharAzeri xəbər verir, Nensi Pelosi bu mərasimdə deyib: Biz Amerikada quldarlıq və onun nəticələrinin şahidi olmuşuq. Xalq bu məsələyə qarşı və xüsusilə polis qəddarlığı barədə danışmalıdır. Biz buradayıq ki, Corc Floyda ehtiram ifadə etmiş olaq.
Pelosi sonra söyləyib: Biz öz sükutumuzla, polis qəddarlığına görə həyatlarını itirən Floyda və bir çox digər şəxsə hörmət ifadə edirik.
Senatdakı demokrat azlığın lideri Çak Şumer də deyib: Senatın demokratları keçən həftə də sükut mərasimi keçirdilər. Biz 8 dəqiqə 46 saniyə sükut etdik ki, Corc Floydun dəhşətli qətlini xatırladaq və ona hörmət ifadə edək. Bu kədərli hadisə onu göstərir ki, bu şəxs və bir çox digər amerikalı çox qabaqlardan bəri əziyyət çəkiblər.