ABŞ-ın büdcə kəsiri yeni rekord vurdu
https://azeri.sahartv.ir/news/dünya-i363002-abŞ_ın_büdcə_kəsiri_yeni_rekord_vurdu
ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yaranıb. İqtisadçılar həyəcan təbili çalır. Dövlət büdcəsinin kəsiri təkcə ötən 8 ayda 1,9 trilyon dollara çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2020 08:44 Asia/Baku
  • ABŞ-ın büdcə kəsiri yeni rekord vurdu

ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yaranıb. İqtisadçılar həyəcan təbili çalır. Dövlət büdcəsinin kəsiri təkcə ötən 8 ayda 1,9 trilyon dollara çatıb.

 SaharAzeri xəbər verir, Beynəlxalq mediaların məlumatına əsasən, sonuncu dəfə 2009-cu ildə büdcə kəsiri 1 il üçün bu qədər böyük olmuşdu. Təkcə may ayında ABŞ-ın büdcə kəsiri 399 milyard dollara çatıb.

Xatırladaq ki, martın ortalarından başlayaraq ABŞ-ın əksər müəssisələri koronavirusa görə çalışmır. Bu fonda ölkənin Ümumi Daxili Məhsul istehsalı ilin ilk 3 ayında 5% azalıb.

Maliyyə ekspertləri xəbərdarlıq edirlər ki, iqtisadi böhran və koronavirus pandemiyasının yayılması ilə əlaqəli böyük xərclər, ABŞ-ın büdcə kəsirinin rekord 3,8 trilyon dollara və ya Ümumi Daxili Məhsulun 18,7 faizinə çatmasına gətirib çıxara bilər.

Bu barədə son vaxtlar CRFB öz proqnozunu açıqlayıb. Proqnoza istinad edən mütəxəssislərin fikrincə, ölkə iqtisadiyyatı böhrandan əvvəlki vəziyyətinə ən nikbin halda 2025-ci ildə qayıdacaq.

Əgər bu baş versə, dövlət borcu Ümumi Daxil Məhsulun 107%-ni təşkil edəcək ki, bu da İkinci Dünya müharibəsi dövrü ilə müqayisə oluna bilər.

Qeyd edək ki, 2019-cu ildə ABŞ-ın büdcə kəsiri 984 milyard dollar təşkil edib. “Morqan Stanli”  müəssisəsinin qiymətləndirməsinə görə, 2020-ci ildə büdcə kəsiri 3,7 trilyon dollardan çox olacaq