Atlantanın polis rəisi bir qaradərilinin ölümünə görə, istefa verib
https://azeri.sahartv.ir/news/dünya-i363148-atlantanın_polis_rəisi_bir_qaradərilinin_ölümünə_görə_istefa_verib
Atlantanın polis rəisi Erika Şieldz 27 yaşlı bir qaradərili gəncin bu şəhər polisin elektrik tapaçası ilə atəş açması nəticəsində öldüyünə görə, vəzifəsindən istefa verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2020 05:06 Asia/Baku
  • Atlantanın polis rəisi bir qaradərilinin ölümünə görə, istefa verib

Atlantanın polis rəisi Erika Şieldz 27 yaşlı bir qaradərili gəncin bu şəhər polisin elektrik tapaçası ilə atəş açması nəticəsində öldüyünə görə, vəzifəsindən istefa verib.

SaharAzeri xəbər verir,Hil xəbər portalının məlumatına görə, Atlantanın meri "Keişa Lans Bottoms" keçirdiyi mətbuat konfransında bu şəhərin polis rəisinin istefa verməsini bildirərək, sözü gedən qaradərilinin ölümünə səbəb olan polis məmurunun dərhal işdən azad edilməsinə çağırıb.

İyunun 13-də axşam çağı Corciya Araşdırmalar Bürosu Atlanta şəhər polis idarəsinə istinadla bir qaradərili kişinin avtomobilini bir restoranın ətrafında park edərkən öldürüldüyündən xəbər verib.

İki polis məmurunun bu kişi ilə toqquşmasından yayılan görüntülər onların onu saxlamaqda nakam qaldıqdan sonra elektrik tapançası ilə atəş açdıqlarını göstərir.

Corciya polisi bu kişinin hadisədən sonra xəstəxanaya aparıldığını və cərahəyyə əməliyyatından sonra öldüyünü bildirib.