CNN: Trampın seçilmək şansı cüzidir
CNN telekanalı Amerikada aparılan yeni rəy sorğusunun nəticələrini yayıb və bu ölkə prezidentinin bir daha seçilmək şansını aşağı dəyərləndirib.
SəhərAzəri xəbər verir, “Qalup” milli müəssisəsinin yeni rəy sorğusunun nəticələri ondan xəbər verir ki, Amerika xalqının 57 faizi bu ölkənin prezidenti Donald Trampın bir prezident kimi fəaliyyətindən narazılıq edibdir.
Bu rəy sorğusunun nəticələri, Trampın yaşlılar və xüsusən rəy verənlər arasındakı reytinqi miqdarının 40 faizdən aşağı olduğunu deyən rəy sorğularının nəticələrinin orta hesabına uyğun gəlir.
CNN-in və “SSRS” müəssisəsinin öncəki rəy sorğularının nəticələrinə əsasən, Trampın tərəfdarlarının 90 faizindən çoxu ona, müxaliflərinin 90 faizindən çoxu isə Baydenə səs verəcəyini bildiribdir.
ABŞ prezident seçkilərinə bir neçə ay qalır. Belə bir halda, bu ölkə, afroamerikalı Corc Floydun bir ağdərili polis zabiti tərəfindən qəddarcasına qətlə yetirilməsinə görə, böhran keçirir. Polis etirazçıları yatırmaq üçün şəxsləri avtomobillə basmaq və birbaşa atəşaçma kimi qeyri-etik və qeyri-insani rəftarlara üz tutubdur.