İyun 18, 2020 08:32 Asia/Baku
  • Fransada tibb kadrının aksiyası

Fransada tibb işçilərindən minlərlə nəfər öz iş şəraiti, hüquqi vəziyyəti və məziyyətlərinə etiraz olaraq, paytaxt Parisin və bu ölkənin digər şəhərlərinin küçələrində aksiya keçirib.

SaharAzeri xəbər verir, Fransanın tibb və səhiyyə kadrı bu aksiyalarda öz əmək haqlarının artırılması, həmçinin tibb mərkəzlərinin bağlanması siyasətinin dayandırılması və Fransa xəstəxanalarında çarpayıların sayının azaldılmasını istəyib.

Fransa xalqından azı 18 min nəfər də bu ölkənin səhiyyə işçilərini himayə istiqamətində Parisdə aksiya keçirib. Onlar tibb kadrının aşağı əmək haqlarına və qeyri-münasib iş şəraitlərinə etiraz ediblər.

Bu etirazlar 14 ay bundan öncə başlanıb və hazırda koronavirus pandemiyası ilə şiddətlənibdir.

Teqlər