Fransa polisi etirazçılara hücum edib
Fransada tibb işçilərinin aksiyası bu ölkənin polis qüvvələrinin basqını ilə zorakılığa çevrilib.
SaharAzeri xəbər verir, Fransada tibb işçilərindən minlərlə nəfər dünən öz iş şəraitinə və əmək haqlarının aşağı olmasına etiraz olaraq, paytaxt Parisin və bu ölkənin digər şəhərlərinin küçələrində aksiya keçirib.
İnformasiya mənbələri bildiriblər ki, Fransanın polis qüvvələri etirazçılara qarşı dəyənəkdən və gözyaşardıcı qazdan istifadə ediblər.
Bu aksiyaların iştirakçıları öz əmək haqlarının artırılması, həmçinin tibb mərkəzlərinin bağlı qalması siyasətinin dayandırılması və Fransa xəstəxanlarındakı çarpayıların sayının azaldılmasını tələb ediblər.
Fransa xalqından azı on səkkiz min nəfər də bu ölkənin səhiyyə işçilərinə dəstək istiqamətində Parisdə aksiya keçirərək, bu ölkənin tibb işçilərinin iş şəraitinin qeyri-münasib və əmək haqlarının aşağı olmasına etiraz edibdir.
Fransada tibb işçiləri aylardır ki, bu aksiyaları keçirirlər.
Bu etirazlar 14 ay bundan öncə başlanıb və hazırda koronavirusun yayılması ilə şiddətlənibdir.