Amerikalı hakim Con Boltonun kitabının çap edilməsinə yaşıl işıq göstərib
Amerikalı hakim Ağ Evin ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə eks-müşaviri Con Boltonun kitabının çap edilməsini əngəlləməsinə baxmayaraq, bu kitabın nəşr edilməsinə icazə verib.
SəhərAzəri xəbər verir, Donald Tramp administrasiyasın ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə eks-müşaviri Con Boltonun ifşaedici kitabının nəşr edilməməsi üçün bütün səylərini səfərbər etməsinə baxmayaraq, ABŞ-ın rayon hakimi Roys Lambert kitabın nəşr edilməsinə razılıq verib.
Ağ Ev Con Boltonun kitabında ABŞ-ın milli təhlükəsizliyini təhlükəyə ata biləcək dərəcədə gizli məlumatların olduğunu iddia edir.
Con Boltonun kitabı Trampın Ukraynadakı hərəkətləri və "Ukrayna geyt" Adlı rüsvayşılığı ilə bağlı önəmli məlumatları əhatə edir.
Con Bolton özünün yaxın günlərdə nəşr ediləcək kitabında ABŞ prezidentinin məlumatsız olduğu dünyanın ən sadə məsələlərindən bir neçəsini də ifşa edib.