Trampın təşviqat qərargahının 6 üzvü koronaya yoluxub
https://azeri.sahartv.ir/news/dünya-i363502-trampın_təşviqat_qərargahının_6_üzvü_koronaya_yoluxub
ABŞ prezidenti Donald Trampın Oklahoma ştatının Talsa şəhərində iştirakı üçün mitinq yeri hazırlamış seçkiqabağı qərargahın altı əməkdaşının koronavirus testi müsbət olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2020 01:50 Asia/Baku
  • Trampın təşviqat qərargahının 6 üzvü koronaya yoluxub

ABŞ prezidenti Donald Trampın Oklahoma ştatının Talsa şəhərində iştirakı üçün mitinq yeri hazırlamış seçkiqabağı qərargahın altı əməkdaşının koronavirus testi müsbət olub.

SəhərAzəri İSNA-ya istinadla xəbər verir ki, bu barədə qərargahın xarici əlaqələr üzrə direktoru Tima Merta bildirib.
Merta bildirib: "Təhlükəsizlik protokollarına uyğun olaraq qərargahın əməkdaşları tədbirlərdən əvvəl COVID-19 yoxlamasından keçirlər. Qabaqcıl qrupun keçirilmiş yüzlərlə testindən altı üzvünün nəticələri müsbət oldu və onlar barədə dərhal karantin tədbiri görülüb",
Tima Merta qeyd edib ki, onlarla yaxın əlaqədə olmuş heç bir əməkdaş mitinqdə olmayacaq və tədbirin başlanğıcından əvvəl temperatur ölçüləcək, əllər və maska üçün antiseptiklər veriləcək.