Nyu-Yorkda ABŞ-ın 26-cı Prezidenti Teodor Ruzveltin heykəli götürüləcək
https://azeri.sahartv.ir/news/dünya-i363561-nyu_yorkda_abŞ_ın_26_cı_prezidenti_teodor_ruzveltin_heykəli_götürüləcək
Nyu-Yorkda Amerika Təbiət Tarixi Muzeyinin qarşısında yerləşən sabiq Prezident Teodor Ruzveltin heykəli götürüləcək.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 22, 2020 08:37 Asia/Baku
  • Nyu-Yorkda ABŞ-ın 26-cı Prezidenti Teodor Ruzveltin heykəli götürüləcək

Nyu-Yorkda Amerika Təbiət Tarixi Muzeyinin qarşısında yerləşən sabiq Prezident Teodor Ruzveltin heykəli götürüləcək.

SəhərAzəri xəbər verir ki, APA-nın CNN-ə istinadla məlumatına görə, bu barədə Nyu-York şəhərinin meri Bill de Blasionun ofisinin yaydığı açıqlamada bildirilib. 

“Amerika Təbiət Tarixi Muzeyi Teodor Ruzveltin heykəlinin sökülməsi ilə bağlı müraciət edərək, abidədə açıq şəkildə afroamerikalıların və hinduların tabe etdirilmiş və irqi cəhətdən alçaldılmış şəkildə təsvir edildiyini bildirib. Biz muzeyin istəyini dəstəkləyirik. Problemli heykəlin sökülməsi düzgün qərardır”, - deyə açıqlamada qeyd olunub.

Muzeyin saytında isə bildirilib ki, T. Ruzvelt “sadiq təbiətşünas və təbiət tarixinə dair əsərlərin müəllifi” kimi qeyd olunsa da, abidədə muzeyin və ictimaiyyətin uzun müddətdir narahatlıq keçirdiyi irqi iyerarxiya təsvir edilib.

Qeyd edək ki, T. Ruzveltin abidəsində ABŞ Prezidenti atın üstündədir, onun sağ və sol tərəfində isə bir afroamerikalı və bir hindu dayanıb.