ABŞ-ın Londondakı səfirliyi önündə anti-rasizm aksiyası keçrilib
Rasizmə, ədalətsizliyə və ABŞ prezidentinin siyasətləri və hərəkətlərinə qarşı çıxanlardan yüzlərlə nəfər bu ölkənin Londondakı səfirliyi önündə anti-rasizm aksiyası keçrib.
SəhərAzəri xəbər verir ki, xalqın müxtəlif təbəqələrindən, o sıradan Londonda yaşayan Amerika vətəndaşlarından yüzlərlə nəfər bazar günü ABŞ-ın səfirliyi qarşısına gələrək, bu ölkənin prezidenti Donald Trampın hərəkətlərinə qarşı hiddət və nifrət ifadə edib.
Aksiyaçılar İngiltərədə etirazçıların polis tərəfindən döyülməsinə, həmçinin irqçilik və ədalətsizliyə etiraz ediblər.
Eyni zamanda, minlərlə nəfər də Londonun əsas küçələrində və bu ölkənin parlamenti qarşısında ədalətsizliyə və struktur irqçiliyə qarşı aksiya keçiribdir.
Aksiya iştirakçıları həmçinin quldar və ya onların himayədarlarından, yaxud da irqçi rəftarlara malik olmuş 78 şəxsin heykəli və büstünün yığışdırılmasını tələb ediblər.
Belə bir halda, İngiltərə hökuməti hər cür aksiyanın keçirilməsi haqda xəbərdarlıq etmişdi. Xüsusi təyinatlı polis qüvvələri də etirazçıların ətrafını öz avtomobilləri ilə yanaşı mühasirə etmişdilər.
Yayılan məlumatlara görə, son həftələrdə keçirilən aksiyalarda təqribən 250 nəfər İngiltərə polisi və təhlükəsizlik məmurları tərəfindən həbs olunub.
Anti-rasizm aksiyaları ötən çərşənbə günündən Amerikanın müxtəlif şəhərlərində və bütün Avropada başlanıb və indi də davam etməkdədir.
Bu etirazlar ağdərili bir polisin mayın 25-də Minnesota ştatının Mineapolis şəhərində afroamerikalı Corc Floydu qətlə yetirməsindən sonra formalaşıbdır.