Los-Ancelesdə rasizmə qarşı etirazlar yüksəlir
İyun 22, 2020 11:20 Asia/Baku
Yüzlərlə nəfər Amerikanın Los-Anceles şəhərində latınmənşəli bir gəncin bu şəhərin polis rəisinin müavini tərəfindən öldürülməsinə etiraz olaraq, aksiya keçirib.
SəhərAzəri xəbər verir, Amerikanın Kaliforniya ştatının Los-Anceles şəhərinin əhalisindən yüzlərlə nəfər Andres Quardado adlı latınmənşəli bir gəncin bu şəhərin polis rəisinin müavini tərəfindən öldürülməsinə etiraz olaraq, aksiya keçirib.
Şüarlar verən aksiyaçılar bu 18 yaşlı rənglidərili gəncin qətli işinə baxılmasını tələb ediblər.
Los-Ancelesdəki bir satış mərkəzində təhlükəsizlik qarovulçusu olan Andres Quardado iyunun 18-də bu şəhərin polis rəisinin müavini tərəfindən öldürülüb.
Los-Anceles polisi bu barədə heç bir fikir bildirməyibdir.
Teqlər