İyun 23, 2020 23:34 Asia/Baku
  • Çinin CNBG şirkəti koronavirus vaksinin son sınaqlarını keçirəcək

Koronavirusa qarşı iki mümkün vaksin hazırlayan Çin şirkəti Çin National Biotec Group (CNBG) BƏƏ-də peyvənd sınağının üçüncü - son mərhələsini keçirməyə icazə aldığını elan edib.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, bu barədə "South China Morning Post" bildirib.

Eyni zamanda,CNBG BƏƏ-də hansı peyvəndin sınaqdan keçiriləcəyini açıqlamayıb.

Tədqiqatın əvvəlki mərhələlərində CNBG-nin hər iki peyvəndi Çində 2000 insana vurulmuşdu.

Teqlər